"Kəpəz"də qalmaqdan ötrü 30 min dollarından keçdi"

10:34 - 12 İyul 2024

"Kəpəz"in baş məşqçisi Adil Şükürov Sportal.az saytına açıqlama verib. O, komandasının toplanış çərçivəsində Qəbələdə “Turan Tovuz”a 0:4 hesablı məğlubiyyətini şərh edib:

"Hazırlığımız plan üzrə gedir. Əvəzedici heyətdə olan oyunçulara daha çox diqqət yetiririk. Çalışırıq ki, onları Gəncə futboluna qazandıraq. Legionerlərimiz var, baxırıq, danışırıq. Komandamızı gücləndirməyə ehtiyac var. "Turan Tovuz"la oyun göstərdi ki, komanda güclənməlidir, yaxşı futbolçuların sayı artırılmalıdır".

Gəncə klubunun çalışdırıcısı Yeqor Xvalkonun fədakarlığından söhbət açıb: "Bəli, komanda legionerlər oldu. Yeqor Xvalko kapitan olaraq qaldı. Gəncə futbolunun ruhu sanki onda olduğuna görə qalmağı üstün tutdu. Digər legionerlərimizin hər biri daha çox məbləğlərə getdilər. Düzdür, Xvalkoya da daha çox məbləğ təklif etdilər. O, ən azından 30 min dollarından keçdi ki, "Kəpəz"də qalsın. Sırf "Kəpəz"ə görə qaldı bu komandada. Bu da bizi çox sevindirir. Belə kapitanımızın olması, bizə mənəvi dəstəkdir. Komanda çempionata daha yaxşı hazır olacaq.

Növbəti mövsüm işimiz bir az ağır olacaq. Amma biz buna hazır olmalıyıq. Liqadakı məşqçilər daha çox rəng qatacaq, daha maraqlı olacaq. Bu komandalarla ayaqlaşıb, Premyer Liqada qalmağı bacaracağıq".
 

Xəbər xətti