Milli komandamızın üzvü Ramil Şeydayev karyerasını yenindən ölkəmizdə davam etdirmək qərarına gəlib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, "Neftçi" 28 yaşlı hücumçu ilə bütün detallarda razılıq əldə edib. Onun yaxın günlərdə "ağ-qaralar"ın düşərgəsinə qoşulacağı gözlənilir.
Ramil Şeydayev son mövsümü Türkiyənin "Kocaelispor" komandasında keçirib və 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.
Qeyd edək ki, Ramil Şeydayev karyerası ərzində "Zenit", "Rubin", "Trabzonspor", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo" (Moskva), "Sabah", "Buriram Yunayted" klublarında oynayıb.
saytlarin hazirlanmasi