Ramil Şeydayev Türkiyənin "Kocaelispor" klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu "Topuk Yaylası"nda hazırlıq keçən I Liqa təmsilçisinin düşərgəsini tərk edib. Bu barədə "Özgur Kocaeli" saytı məlumat yayıb.
Azərbaycan milli komandasının üzvü "Kocaelispor"dan almalı olduğu 140 min avronun yarısından imtina edib. Təcrübəli forvard azad agent statusu alıb.
Ön xətt oyunçusunun yaxın günlərdə "Neftçi" ilə müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, Ramil Şeydayev 2023/2024 mövsümünün ikinci yarısında "Kocaelispor"da çıxış edib.
saytlarin hazirlanmasi