Yeni transfer "Neftçi"nin düşərgəsində - SON DƏQİQƏ

12:33 - 13 İyul 2024

Millimizin hücumçusu Ramil Şeydayevin Azərbaycana qayıdışı dəqiqləşib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, 28 yaşlı forvard "Neftçi" ilə anlaşıb.

Təcrübəli oyunçu artıq dünəndən Ərzurumda təlim-məşq toplanışında olan "ağ qaralar"ın düşərgəsinə qoşulub.

Onunla iki illik anlaşma əldə olunub.

Klub ən qısa müddətdə bu transferi ctimaiyyətə açıqlayacaq.

Ramil Şeydayev son mövsümü Türkiyədə keçirib.

O, 2024-cü il yanvarın 17-də “Kocaelispor”a keçib və 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.

Şeydayev karyerası ərzində "Zenit", "Rubin", "Trabzonspor", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo"(Moskva), "Sabah", "Buriram Yunayted" klublarında oynayıb.

Xəbər xətti