Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv Super Liqa təmsilçisi "Alanyaspor"la üz-üzə gəlib. Qarşılaşma Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Neftçi"nin qollarını Höccət Haqverdi, Emin Mahmudov və Yuri Matias vurub.
saytlarin hazirlanmasi