Türkiyənin "Kocaelispor" klubu Ramil Şeydayevlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi 28 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan milli komandasının üzvünün "Neftçi" yə keçəcəyi gözlənilir.
Qeyd edək ki, Ramil Şeydayev ötən mövsümün ikinci yarısından "Kocaelispor"da çıxış edirdi.
saytlarin hazirlanmasi