Azərbaycan millisinin və "Boluspor"un üzvü Vüsal İsgəndərli Sportal.az saytına açıqlama verib.
Türkiyəyə Albaniyanın "Eqnatiya" klubundan keçmiş 27 yaşlı yarımmüdafiəçi Zamiq Əliyev barədə də danışıb.
O, "Eqnatiya"nın Əliyevi transfer etməsini şərh edib. İsgəndərli Albaniya klubuna Zamiqlə yanaşı, daha bir neçə futbolçu təklif etdiyini deyib:
"Eqnatiya" rəsmiləri məndən bir neçə azərbaycanlı futbolçu haqda soruşmuşdu. Mən də onlara bir neçə azərbaycanlı futbolçu demişdim. Təəssüflər olsun ki, onları bəyənməmişdilər. Zamiq Əliyev məsələsi çıxanda isə məndən onu soruşdular. Mən də yaxşı mənada, öz fikirlərimi söylədim. Çox istəyərəm ki, azərbaycanlı futbolçular xarici klublara keçsinlər, orada oynasınlar. "Eqnatiya"ya Zamiq haqda fikirlərimi söyləmişdim. Təbii ki, müsbət mənada. Zamiqin özü ilə tez-tez olmasa da, danışırıq. "Eqnatiya"dakı sabiq komanda yoldaşlarımla ünsiyyətdəyəm. Onlarla vatzap qrupumuz var. Onlardan Zamiqə dəstək və kömək olmaqlarını istəmişəm. Zamiq ilk dəfədir ki, legioner həyatı yaşayır, çətinlik çəkə bilər, amma sonra alışacaq. Allah qoysa, uğurlu olar. "Eqnatiya" yaxşı komandadır, yaxşı prezidentləri, yaxşı məşqçiləri var. Orada uğurlu olacağına inanıram".
saytlarin hazirlanmasi