“Neftçi” Rumıniya FKSB klubunun cənubi afrikalı müdafiəçisi Siyabonqa Nqezananı transfer etməyi planlaşdırır.
Sportal.az “SNL24” portalına istinadən xəbər verir ki, bu münasibətlə bakılılar şərtləri müzakirə etmək üçün Rumıniya çempionuna müraciət edib.
Lakin FKSB-nin istədiyi məbləğ “Neftçi”nin transferdən imtina etməyə məcbur qoyub.
Rumınlar mərkəz müdafiəçisi üçün 7 milyon avro istəyib.
Onun Rumıniya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Afrikalı müdafiəçinin “transfermarkt” portalındakı dəyəri 1,6 milyon avro olaraq qiymətləndirilir.
Neqzana 2023-cü ildə "Kayzer Çifs" klubundan FCSB klubuna keçib.
saytlarin hazirlanmasi