Ramil Şeydayev yeni klubunda nə qədər qazanacaq? - "Neftçi" yüksək məbləğ ödəyəcək

14:33 - 14 İyul 2024

«Kocaelispor»la müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verən Ramil Şeydayev «Neftçi»nin təklifini qəbul edib.

Bu ilin əvvəlində 1,5 illik kontrakt bağladığı Türkiyə I Liqa klubunda qalmaq istəməyən hücumçu qarşıdakı iki mövsümü ağ-qara formada keçirəcək. 

Sportal.az xəbər verir ki, Paytaxt təmsilçisi millinin 28 yaşlı oyunçusuna kifayət qədər yüksək məbləğ ödəməyi öz üzərinə götürüb. İllik rəqəm 550 min dollar civarındadır. Sonrakı sezonda isə bu rəqəm bir qədər də artırılacaq.

Razılaşmaya əsasən, forvard 2026-cı ili də «Neftçi»də keçirə bilər. Bu zaman son sözü Şeydayev deyəcək. Yəni ki, o, qalmaq istəsə, sözləşmə avtomatik 1 il uzadılacaq (sportinfo.az).

Xəbər xətti