"Neftçi"ni çalışdırmış mütəxəssis bu klubla anlaşdı

10:18 - 15 İyul 2024

"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin özünə yeni iş yeri tapıb.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis Albaniyada çalışacaq.

O, yüksək liqa təmsilçisi “Elbasani” ilə anlaşıb.

Bordin 2018-ci il iyunun 8-də “Neftçi”yə baş məşqçi təyin olunmuş, 2020-ci il yanvarın 18-də komandadan ayrılmışdı.
 

Xəbər xətti