“Neftçi”nin macarıstanlı müdafiəçisi Mark Tamaşa daha bir təklif gəlib.
Sportal.az “Gazzetta.gr” portalına istinadən xəbər verir ki, 30 yaşlı futbolçunu Yunanıstanın “Asteras Aktor” klubu maraq göstərir. Maraqlıdır ki, yunanlar həm də Simon Dehli adlı müdafiəçini də istəyir.
Hazırda hər iki futbolçu ilə danışıqların aparıldığı, lakin onlardan yalnız birinin transfer ediləcəyi bildirilir.
Qeyd edək ki, “Neftçi”nin müdafiəçisinə Polşanın “Puşça” və İtaliyanın “Reggiana” klubları da maraq göstərirdi. Tamaş 2025-ci il iyunun 30-na qədər "Neftçi"yə məxsusdur.
saytlarin hazirlanmasi