"Beşiktaş"ın futbolçusu Aydın Hasiç karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Neftçi" 22 yaşlı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Bakı təmsilçisi bosniyalı ön xətt oyunçusunu icarəyə götürmək niyyətindədir. "Beşiktaş" bu təklifə isti yanaşır. "Qara qartallar" gənc futbolçunun müqaviləsini uzadıb onu "Neftçi"yə icarəyə verəcək.
Qeyd edək ki, "Beşiktaş" Aydın Hasiçi 2020-ci ilin yanvar ayında Zaqreb "Dinamo"sundan transfer edib. Bosniya və Herseqovina millisinə də çağırılmış oyunçu ötən mövsüm icarə əsasında ölkəsinin "Sarayevo" klubunda çıxış edib. O, meydana çıxdığı 33 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi