"Şamaxı" "Kəpəz"ə qalib gəldi

20:15 - 15 İyul 2024

Yeni mövsümə hazırlaşan "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi "Şamaxı" ilə üz-üzə gəlib. Qarşılaşma Ayxan Abbasovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Şamaxı"nın qollarını Arsen Ağcabəyov və Səbayıl Bağırov vurub. "Kəpəz" isə avtoqoldan fərqlənib.

Xəbər xətti