Ukraynanın U-23 yığmasının üzvü Volodimir Salyuk karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Sportal.az saytına verilən məlumata görə, ukraynalı müdafiəçinin xidmətində “Neftçi” maraqlıdır.
22 yaşlı futbolçunun özü də Ukraynanı tərk edərək legioner həyatı yaşamağa müsbət yanaşır.
Hazırda “Çernomorets”in futbolçusu ilə danışıqlar gedir. Odessa təmsilçisinin yetirməsi olan Salyuk Ukraynada “Balkanı”da da çıxış edib.
2022-ci ildə isə “Çernomorets”ə qayıdan müdafiəçi 2025-ci il iyunun 30-na qədər bu komandaya məxsusdur.
saytlarin hazirlanmasi