“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Ramil Şeydayevin transfer olunmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bu keçidin komanda üçün əla transfer olduğunu deyib:
“Mən çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”.
saytlarin hazirlanmasi