Millimizin üzvü "Partizani"nin təklifindən imtina etdi

15:34 - 17 İyul 2024

Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərli “Boluspor”dan ayrılmayıb.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçiyə "Partizani" maraq göstərir.

Albaniya klubu futbolçunun razılığını da alıb və rəsmi müqavilə imzalamaq an məsələsi olub.

Tərəflər bütün detallarda razılığa gəlsə də, Vüsal sonda “Boluspor”da qalmağa üstünlük verib. Buna səbəb isə “Boluspor” rəhbərliyinin qalmaq qərarı almasıdır.

Halbuki bundan əvvəl klub rəhbərliyində dəyişiklik olacağı gözlənilirdi. Vüsal da məhz bu səbəbdən Türkiyə klubunu tərk etmək haqda düşünürdü.

Lakin sonradan rəhbərliyin qalmaq qərarı verməsi, Vüsalın da "Partizani"dən imtina etməsinə səbəb olub. 

Qeyd edək ki, İsgəndərli 2024-cü il yanvar ayında "Boluspor"a keçib. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti