Mahir Emreli 2,2 milyondan imtina etdi, Almaniyaya yollandı

17:04 - 17 İyul 2024

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək.

Sportal.az Azerispоrt.com-a istinadən xəbər verir ki, Xorvatiya “Dinamo”sunun 27 yaşlı sabiq hücumçusu ikinci Bundesliqa təmsilçisi “Nürnberq”ə keçib. Komanda Bundesliqaya çıxacağı təqdirdə daha bir il uzadılması şərti ilə bir il müddətinə müqavilə imzalanacaq. Əks halda Emreli azad agent statusu alacaq.

Qeyd edək ki, Emreliyə BƏƏ klubundan da illik məvacibi 2 milyon 200 min manat olan təklif gəlib. Amma futbolçu burada çox az pul ödəmələrinə baxmayaraq, Avropada qalmağa qərar verib.

Xəbər xətti