Emin Mahmudov klub axtarışına başlayıb. Milli komandamızın kapitanı “Neftçi” rəhbərliyinin təzyiqlə müşahidə olunan təklifindən sonra bu fikrə düşüb.
Sportal.az futbolinfo.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçinin yüksək maaşı klub rəhbərliyini narahat edir. Onun əməkhaqqının çox yüksək olması (illik təxminən bir milyon manat) problemlərə səbəb olub. Paytaxt təmsilçisinin başbilənləri bu məbləğin futbolçular arasında balansın pozulmasına gətirib çıxardığını düşünür. Ona görə də, oyunçuya maaşının əhəmiyyətli şəkildə azaldılmasına razılıq verməsi tələb olunub. Emin razılaşmasa, incidiləcəyi, əsas heyətə düşməyəcəyi, hətta əvəzedici komandaya göndəriləcəyi birbaşa üzünə deyilib.
Daha bir il uzatmaq şərti ilə 2025-ci ilin yayınadək müqaviləsi olan Emin isə bu tələbdən sonra yeni klub axtarışına çıxıb. 32 yaşlı futbolçu hətta daha az maaşa başqa kluba getmək niyyətindədir, qazancındakı kəsirin isə “Neftçi”dən qarşılanmasını, bir sözlə, kompensasiya tələb edir. Mahmudovun artq bəzi Türkiyə klubları ilə təmasa keçdiyi deyilir.
Eminin maaşının azaldılmasına razılıq verməyib getmək istəməsinin digər səbəbi Ramil Şeydayevlə bağlıdır. Klub rəhbərliyi həm maliyyə vəziyyətlərinin yaxşı olmadığını deyir, həm də daha yüksək maaşa millimizin hücumçusunu transfer edir.
saytlarin hazirlanmasi