"Neftçi" "Sivasspor"a da qalib gəldi

20:53 - 17 İyul 2024

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv Super Liqa təmsilçisi "Sivasspor"la üz-üzə gəlib. Qarşılaşma Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Ağ-qaralar"ın qollarını Mark Tamaş (27) və Yeqor Boqomolski (79) vurub.

Qeyd edək ki, "Neftçi" Türkiyədə keçirdiyi ilk hazırlıq matçında "Alanyaspor"u 3:1 hesabı ilə məğlub edib.

Xəbər xətti