Vaxtı ilə Polşada legioner həyatı yaşamış Saşa Yunisoğlu Sportal.az saytına açıqlama verib.
"Qrotslin" və "Poloniya" klublarında çıxış etmiş veteran müdafiəçi Azərbaycan millisinin üzvü Rahil Məmmədovun "Ramodiak"la müqavilə imzalamasına münasibət bildirib.
O, millimizin müdafiəçisinin Polşada qalmaq qərarını verməsini də şərh edib:
"Rahilin Polşa çempionatında qalmasının tərəfdarı idim. Çünki orada maraqlı və güclü çempionat var. Bütün matçlarda tribunalar dolur, atmosfer tamam başqadır. Polşa çempionatında oynamaq asan məsələ də deyil. Rahil "LKS Lodz"da əsas futbolçulardan hesab edilirdi. Görünür ki, o, Polşadakı atletik, mübarizəli futbola adaptasiya olub. Özünü yaxşı tərəfdən göstərdi. Rahil polşalıların etimadını qazandı.
Elə ona görə də özünə rahat şəkildə yeni komanda tapdı. Ona "Radomiak"da uğurlar arzulayıram. Allah qoysa, hər şey istədiyi kimi alınar. Onun Polşa liqasında qalması sevindiri haldır. Bu, bizim milli üçün də yaxşıdır. Polşadakı futbola öyrəşib. Millimizin heyətində də güclü rəqiblərə qarşı oyunda özünü yaxşı tərəfdən göstərəcək".
saytlarin hazirlanmasi