Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Çempionlar Liqasında mərhələ adlaya bilməyib.
Sportal.az xəbər verir ki, Albaniya çempionu I təsnifat mərhələsinin cavab görüşündə "Borats"ı qəbul edib. İlk oyunda 1:0 qalib gələn Bosniya və Herseqovina çempionu Albaniyadakı görüşdə 1:2 uduzub.
Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Borats" mərhələni adlayıb.
Matça start heyətində çıxan Zamiq 105-ci dəqiqədə zədələnərək meydanı tərk edib.
saytlarin hazirlanmasi