"Nürnberq"in idman direktoru: "Mahir tam bizə lazım olan mentalitetə malikdir"

11:34 - 18 İyul 2024

Almaniyanın "Nürnberq" klubunun idman direktoru Yoti Hatzialeksiou Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqda danışıb.

Sportal.az xəbər verir ki, “Bild”ə danışan klub rəsmisi Emrelinin “Nürnberq”ə mümkün transferindən danışıb: 

"Mahirin həmin mövqe üçün bizə tam lazım olan mentalitetə sahibdir. O, yaxşı qol vurmaq qabiliyyətinə malikdir və topla da çox yaxşıdır. Onunla söhbətimizdən çox müsbət şeylər aldıq".

Emrelinin "Dinamo"dan ayrılaraq "Nürnberq"ə keçəcəyi gözlənilir.

Xəbər xətti