"Mahir Emrelinin "Nürnberq"ə keçdiyini oxudum. Yəqin ki, yalnız rəsmiləşməsi qalıb. Doğrudur, bu klub ikinci Bundesliqada mübarizə aparır. Amma istənilən halda, Almaniya liqasıdır və "Nürnberq" də yaxşı komandadır. Sadəcə, ötən mövsüm o qədər də yaxşı deyildilər".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın xorvatiyalı sabiq qolkiperi Miro Varvodiç deyib. Almaniya çempionatında da çıxış etmiş Varvodiç Emrelini daim "Dinamo"da izlədiyini və onun daha yaxşı yerlərdə oynaya biləcəyini söyləyib:
"Hər halda, daha çox oynamaq üçün harasa getmək Mahir üçün ən yaxşısıdır. Mən həmişə demişəm ki, Mahir çox yaxşı oyunçudur. "Dinamo"ya gələndə də deyirdim, oynamadığı vaxtlarda da. İndi "Nürnberq"də oynayacaq. Hər halda, Almaniya Almaniyadır da. Əgər "Nürnberq"də oynasa, demək ki, "Dinamo"da oynamamaqdan daha yaxşıdır".
35 yaşlı qolkiper karyerası ərzində “Hayduk”(Split), “Köln”, “Qröyter Fürt”, “Ştutqarter Kikkers”, “Valdhof Manhaym” kimi komandalarında qapısını qoruyub. O, 2012-2013-cü illərdə “Qarabağ”ın futbolçusu olub.
saytlarin hazirlanmasi