Azərbaycan millisinin forvardı Renat Dadaşov üçün növbəti təklif gəlib.
Sportal.az saytına verilən məlumata görə, azərbaycanlı hücumçunun xidmətində Xorvatiya klubları maraqlıdır.
Onlardan biri "Hayduk"dur(Split). Ötən mövsüm Xorvatiya çempionatında "Dinamo" (Zaqreb) ilə çempionluq mübarizəsi aparmış, ancaq nəticədə üçüncü pilləni tutmuş klub Dadaşovu heyətinə qatmağı planlaşdırır.
Xorvatiya təmsilçisi bunun üçün “Qrasshopper”ə müraciət edib. Onlar maliyyə məsələlərində razılıq əldə olunarsa, Renatın keçidini tez bir zamanda həll etmək istəyir.
Məsələ burasındadır ki, bu klub ölkəsini Konfrans Liqasında təmsil edir. “Hayduk”un Konfrans Liqasının ikinci təsnifat mərhələsində “HB Torshavn”(Farer adaları) komandası ilə qarşılaşacaq.
Renatın “Qrasshopper”lə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Əlavə edək ki, “Hayduk”un baş məşqçisi İtaliya millisinin keçmiş futbolçusu Cennaro Qattuzodur. Xatırladaq ki, Renat ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirib.