"Neftçi" yeni mövsüm üçün müdafiə xəttini gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, Bakı təmsilçisi "Beşiktaş"ın futbolçusu Fransisco Monteronun xidmətində maraqlı olub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Ağ-qaralar" ispan mərkəz müdafiəçisini icarəyə götürmək üçün İstanbul təmsilçisinə təklif göndərib. Lakin 25 yaşlı oyunçu "Neftçi"yə gəlmək istəməyib.
Qeyd edək ki, "Beşiktaş" Fransisco Monteronu 2021-ci ilin sentyabr ayında "Atletiko"dan transfer edib. İspaniya U-21 millisinin sabiq üzvü ötən mövsüm icarə əsasında Portuqaliyanın "Arouka" klubunda oynayıb.
saytlarin hazirlanmasi