"Neftçi" Türkiyə klubu ilə heç-heçə etdi

20:02 - 20 İyul 2024

"Neftçi" Türkiyə toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv Türkiyə I Liqa təmsilçisi "Erzurumspor"la üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, "Neftçi" Türkiyədə bundan əvvəl iki hazırlıq matçı keçirib. "Ağ-qaralar" "Sivasspor" və "Alanyaspor"u məğlub edib.

Xəbər xətti