Azərbaycanlı hücumçu Rüfət Dadaşovun çıxış etdiyi Almaniyanın “Dinamo” (Berlin) klubu növbəti yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, İtaliyanın "Sampdoriya" klubu ilə qarşılaşan berlinlilər 1:0 hesabı ilə qalib gəliblər.
Yeganə qolu 13-cü dəqiqədə start heyətində yer alan və 61-ci dəqiqədə əvəzlənən Dadaşov vurub.
Qeyd edək ki, "Sampdoriya"nı məşhur italiyalı sabiq yarımmüdafiəçi Andrea Pirlo çalışdırır.
saytlarin hazirlanmasi