Başa çatan mövsümü "Qəbələ"də keçirmiş milli komandamızın qapıçısı Rəşad Əzizli Sportal.az saytına açıqlama verib.
"Qəbələ"dən ayrıldıqdan sonra klubsuz qalan qolkiper hazırkı durumu barədə bunları deyib:
"Futbolçu karyerası belədir. Bəzən bu cür hallar da var. Düzdür, istəyən komandalar var. Amma konkret hələ ki, bir şey deməyiblər. Ölkə xaricinə yollanmaq variantım da var. Ancaq hələ ki, buradan gələn təkliflərlə bağlı konkretlik gözləyirəm. Qərarımı yaxın günlərdə verəcəm".
Adı “Neftçi” ilə hallanan Əzizli məsələ haqda isə belə danışıb: "Neftçi" təbii ki, ölkənin iddialı klublarındandır. Belə söz-söhbət haqda mən də eşitmişəm. Amma düzü, rəsmi və konkret təklif almamışam "Neftçi"dən. Olarsa, əlbəttə ki, sevə-sevə bu komandaya kömək edərəm. Hər halda, tanıdığım, bildiyim klubdur".