Azərbaycan milli komandasının vingeri Mahir Emrelinin "Nürnberq"ə keçidi an məsələsidir. O, Almaniya ikinci Bundesliqasınının təmsilçisi ilə böyük ehtimalla 1+1 illik müqavilə imzalayacaq.
Sportal.az saytına verilən məlumata görə, Emrelinin Almaniya klubu ilə şərti var. Belə ki, onun 1+1 illik şərtilə müqavilə imzalamağa razılaşmasına səbəb odur ki, “Nürnberq” 2024/2025 mövsümünün sonunda birinci Bundesliqaya vəsiqə qazana bilməsə, oradan azad agent statusu ilə ayrılacaq.
Qeyd edək ki, “Nürnberq” ötən mövsüm ikinci Bundesliqada 12-ci pilləni tutub.
Hazırda komandanın çalışdırıcısı Miroslav Kloze Emrelinin kollektivə cəlb olunmasını şəxsən istəyib.