Millimizin üzvü oynadı, komandası "Lokomotiv"ə uduzdu

13:21 - 21 İyul 2024

Bolqarıstanda ölkə çempionatının yeni mövsümünə start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” səfərdə “Lokomotiv”lə (Plovdiv) qarşılaşıb.

Hüseynovun komandası minimal hesabla (0:1) məğlub olub.

İlk dəqiqələrdən meydana çıxan Hüseynov 82-ci dəqiqədə əvəzlənib.

Xəbər xətti