Almaniya millisinin sabiq üzvü "Neftçi"də - RƏSMİ

22:54 - 22 İyul 2024

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Bakı təmsilçisi Robert Baueri rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu “Neftçi”də 23 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Robert Bauer "Karlsue", "İnqolştadt", "Verder", "Nürnberq", "Arsenal" (Tula, Rusiya), "Sent-Truiden" (Belçika) və "Əl-Tay"da çıxış edib. Təcrübəli mərkəz müdafiəçisi Almaniyanın U-21 millisinin heyətində 13 oyun keçirib.

Xəbər xətti