“Neftçi” futbolçusu Alfa Konte ilə yollarını ayıra bilər.
Sportal.az futbopress.az saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk 24 yaşlı vingerin performansından məmnun deyil. Mütəxəssis təklif olacağı halda, Kontenin satılmasına qarşı çıxmayacağını bildirib.
Syerra Leone yığmasının da üzvü olan futbolçu bu ilin yanvarından “Neftçi”nin formasını geyinir. O, Premyer Liqada 8, ölkə kubokunda 4 oyunda meydana çıxıb, ancaq fərqlənməyi bacarmayıb.
saytlarin hazirlanmasi