"Səbail" və "Sumqayıt"ın təklifindən imtina etdi, ölkəmizdən ayrılıb bu klubla anlaşdı - FOTO

12:34 - 23 İyul 2024

"Kəpəz"dən ayrılan Mate Kvirkviyanın yeni komandası bəlli olub.

Sportal.az xəbər verir ki, iki sezon Gəncə klubunun şərəfini qoruyan gürcüyə Azərbaycandan üç təklif olub. "Kəpəz" onunla müqavilə müddətini artırmaq istəyib. "Səbail" və "Sumqayıt"ın transfer etmək istədiyi Mate Kiprdə oynayacaq.

O, bu ölkənin yüksək liqa təmsilçisi olan "Karmiotissa" ilə anlaşıb. Tərəflər arasında bir illik müqavilə imzalanıb.

Xəbər xətti