Roman Qriqorçuk: "Neftçi"nin yüksək hədəflərə çatması üçün Bauerin çox köməyi dəyəcək"

18:13 - 23 İyul 2024

“Neftçi” klubunun baş məşqçisi Roman Qriqorçuk Robert Bauerin transfer olunmasına münasibət bildirib.

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında “Neftçi”nin yüksək hədəflərə çatması üçün almaniyalı futbolçunun çox kömək olacağını bildirib:

“Çox şadam ki, heyətimizi Robert Bauerlə gücləndirdik. Bu təcrübəli futbolçu göstəricilərinə və keyfiyyətinə görə bizim oyun üslubumuza uyğun gəlir. İnanıram ki, “Neftçi”nin yüksək hədəflərə çatması üçün onun çox köməyi dəyəcək”.

Xəbər xətti