"Neftçi" paraqvaylı ilə yollarını ayırdı

11:18 - 24 İyul 2024

"Neftçi" Dieqo Valdezlə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Paraqvaylı yarımmüdafiəçi ilə müqavilə müddəti artırılmayıb.

Valdez ötən ilin yayında "Neftçi"yə keçmişdi və müqaviləsi ötən ay başa çatmışdı. Valdez Premyer Liqada 23 oyunda 3 qol vurmuşdu. 

Xəbər xətti