Ötən həftə Rumıniya mətbuatı "Neftçi"nin FKSB klubunun müdafiəçisi Siyabonqa Nqezana ilə maraqlandığı, onun məxsus olduğu klubun isə 7 milyon avro tələb etdiyini yazmışdı. CAR millisinin üzvünün "Neftçi"yə keçib-keçməyəcəyi isə hələ ki, bəlli deyil.
Məsələ ilə bağlı futbolçunun rumıniyalı meneceri Florin Vulturar Sportal.az saytına açıqlama verib.
Rummıniyalı futbol adamı Siyabonqa üçün "Neftçi"nin FKSB klubuna dən təklif almadıqlarını deyib:
"Bu cür xəbərlərin haradan qaynaqlandığını bilmirəm. Siyabonqanın hazırda komandasını ayrılmasından söhbət gedə bilməz. O, komandasının heyətində avrokuboklara hazırlığını davam etdirir. “Neftçi”dən isə təklif yoxdur".
Qeyd edək ki, CAR millisinin üzvü 2023-cü il iyulun 1-də "Kayzer Çifs"dən FKSB klubuna keçib. 27 yaşlı futbolçunun Rumıniya nəhəngi ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
Mirbağırağa
saytlarin hazirlanmasi