"Neftçi"yə keçəcəyi iddia olunan futbolçu: "Nə baş verdiyini başa düşmürəm"

15:34 - 24 İyul 2024

Rumıniya FKSB klubunun cənubi afrikalı müdafiəçisi Siyabonqa Nqezana “Neftçi”yə keçəcəyi ilə bağlı yayılan məlumatlardan danışıb.

Sportal.az xəbər verir ki, “FARPost”a danışan 27 yaşlı futbolçu Bakı təmsilçisindən dəvət almadığını bildirib:

“Hazırda bu transfer haqqında danışa bilmərəm. Çünki nə baş verdiyini başa düşmürəm. Bunlar sadəcə şayiələrdir”.

Nqezananın FKSB ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti