"Neftçi" Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışını davam etdirir.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi toplanış çərçivəsində sonuncu məşqinə çıxıb.
Toplanışa isə bu gün yekun vurulacaq.
"Neftçi" son yoxlama görüşünü Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubuna qarşı keçirəcək.
Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv buna qədər "Alanyaspor" (3:1), “Sivasspor” (2:1) və “Erzurumspor” (0:0) klubları ilə qarşılaşmışdı. Ərəb klubuna qarşı matç isə Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
saytlarin hazirlanmasi