"Qəbələ" yeni mövsümün hazırlığına start verir

16:14 - 25 İyul 2024

Bu gün “Qəbələ” yeni mövsümün hazırlığına start verəcək.

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə Qəbələdə başlayacaq.

2024-2025-ci illər mövsümünə hazırlığın ilk mərhələsi seleksiya xarakteri daşıyacaq. Komandanın ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək. Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək.

Ardınca “Qəbələ”nin təlim-məşq toplanışına start veriləcək. Hazırlıq prosesi Qəbələ şəhər stadionunda gerçəkləşəcək.

Mövsümün startına qədər yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. İlk matç iyulun 31-də baş tutacaq. “Qırmızı-qaralar” Qəbələdə təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə üz-üzə gələcək. Digər yoxlama oyunlarının tarixi və rəqiblər barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, I Liqada yeni mövsümə sentyabrın 11-də start veriləcək. Yarışın püşkatma mərasimi avqustun 13-də AFFA-nın inzibati binasında təşkil olunacaq.

Xəbər xətti