"Kəpəz"in sonuncu rəqibi bəlli oldu

18:09 - 25 İyul 2024

Qarşıdakı çempionat üçün hazırlıqları davam etdirən “Kəpəz” sabah sonuncu yoxlama oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, “sarı-göylər” Gəncədə “Pelikan” ilə qarşılaşacaqlar. Matç saat 17:30-da başlayacaq.

“Kəpəz” bundan əvvəl “Turan Tovuz”a (0:4), “Şamaxı”ya (1:2) uduzub. Gəncə təmsilçisi Küveytin “Əl Yarmuk” komandasına isə 2:1 hesabıyla qalib gəlib.

Xəbər xətti