"Ümraniyespor"dan ayrılan Coşqun Diniyevin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü karyerasını Türkiyədə davam etdirəcək. 29 yaşlı yarımmüdafiəçi "Bandırmaspor"a keçib.
Təcrübəli futbolçu I Liqa təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Coşqun Diniyev ötən mövsüm "Ümraniyespor"un heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi