Futbol üzrə Polşa çempionatında 2-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" doğma meydanda son çempion "Yaqelloniya"nı qəbul edib. 5 qolun vurulduğu qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Rahil Məmmədov bu oyunun iştirakçısı olmayıb. 28 yaşlı mərkəz müdafiəçisi sona kimi ehtiyat oyunçular skamyasında qalıb.
2 turdan sonra 3 xalı olan "Radomyak" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi