İyundan bəri 4 transfer etmiş "Neftçi"nin daha bir legionerlə danışıqlar aparır.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Mikael İnqebriqtsenin yaxın günlərdə paytaxt təmsilçisinin düşərgəsinə gəlmək ehtimalı var.
Onun 28 yaşı var və vinger mövqeyində çıxış edir. Norveçli ölkəsinin U-15, U-16, U-18, U-19 və U-21 yığmalarının formasını geyinib.
Yerli "Tromse"nin yetirməsi 2014-2017-ci illəri burada keçirib. Daha sonra "Göteborq"a keçib.
2018-ci ildə geri qayıdıb və 3 il yenə "Tromse"nin şərəfini qoruyub. 2022-ci ildən bəri "Odds"un uğurları üçün tər töküb.
Mikaelin "Odds"la hələ 1 illik müqaviləsi mövcuddur. Klubu onu Azərbaycana buraxmaq üçün pul istəyir.
Norveçlilərin ağlından keçən məbləğ də az deyil - 500 min avro. "Neftçi" isə 300 min avro təzminat ödəmək fikrindədir.
Hələlik görüşmələr bu rəqəmlər ətrafında davam edir.
saytlarin hazirlanmasi