“Qrasshopper”in baş məşqçisi Marko Şelibaum komandanın azərbaycanlı hücumçusu Renat Dadaşov ətrafında yaranmış vəziyyətdən danışıb.
Sportal.az xəbər verir ki, “Nau” qəzetinə danışan İsveçrə klubunun çalışdırıcısı millimizin forvardı haqda bunları deyib:
"Renat Dadaşovla işlər necə gedir? Əslində bu sual mənim sahəmə aid deyil. O, bizimlə məşq edir və müqaviləsi var. İdman direktoru bütün digər təfərrüatlar barədə məlumat verməlidir”.
25 yaşlı forvardı 2022-ci ildə “Qrasshopper”ə keçib. O, 2025-ci il iyunun 30-na qədər İsveçrə klubuna məxsusdur.
saytlarin hazirlanmasi