Polşanın “Visla” (Krakov) klubunun ispaniyalı hücumçusu Anxel Rodadonun "Neftçi"yə keçidi baş tutmayacaq.
Sportal.az xəbər verir ki, bir neçə gündür Polşa mətbuatı ispaniyalının “ağ-qaralar”la müqavilə imzalayacağını iddia edirdi.
Lakin ispaniyalı forvard Krakov təmsilçisi ilə müqavilə müddətini 2027-ci ilə qədər artırıb.
Klubun mətbuat xidməti isə məsələ ilə bağlı belə açıqlama verib: “Bizimlə qalmağına görə şadıq”.Xatırladaq ki, Rodado “Malyorka B”, “İbiza”, “Barselona B” komandalarında oynadıqdan sonra 2022-ci ildə “Visla”ya keçib.
saytlarin hazirlanmasi