Adı “Neftçi” ilə hallanan futbolçu Yunanıstana gedə bilər

14:47 - 1 Avqust 2024

"Beşiktaş"dan ayrılacağı gözlənilən Aydın Hasiçin "Neftçi"yə keçəcəyi ehtimal edilirdi.

Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, bosniyalı yarımmüdafiəçini istəyən komandalar arasında Yunanıstan təmsiçisi də var.

Belə ki, PAOK 22 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır. Saloniki klubunun yarımmüdafiəçinin keçidini bu yay həll edəcəyi gözlənilir.

Hasiç karyerası ərzində "Dinamo"(Zaqreb), "Ümraniyespor", "Beşiktaş" komandalarında oynayıb.

22 yaşlı futbolçunun bundan əvvəl "Neftçi"yə keçəcəyi iddia edilirdi.

Xəbər xətti