Xorvatiyanın "Dinamo" klubu Mahir Emreli ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Azərbaycan milli komandasının üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevral ayından "Dinamo"da çıxış edirdi. 27 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 47 rəsmi matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi