"Kəpəz" Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Yeni komanda qururuq. Bizim üçün vaxt lazım olacaq. Bilirik ki, vaxtımız yoxdur. Hər şeyi daha sürətli etməliyik. Qarşıda bizi uzun marafon gözləyir. İnanıram ki, komanda daha baxımlı futbol oynayacaq.
- Komandanız yenə autsayder hesab olunur. Çətin olmayacaq?
- Bizi ən çox narahat edən odur ki, yenidən komanda formalaşdırırıq. Digərləri formalaşmış komandanı gücləndirir. Futbolçuların çempionata uyğunlaşması bir az vaxt alır. Təəssüflər olsun ki, bu il də hədəfimiz Premyer Liqada qalmaqdır.
- Yeni transferlər gözlənilir?
- Danışıqlar apardığımız futbolçular var. Transferlərə ehtiyacımız var. Rəhbərliklə bu barədə danışmışıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi