"Rubin"dən ayrıldı, Azərbaycan klubunun qapısını qoruyacaq - FOTO

11:24 - 4 Avqust 2024

"Sumqayıt"ın sabiq qapıçısı İlnur Vəliyev Azərbaycana qayıdıb.

Sportal.az xəbər verir ki, o, "Qaradağ Lökbatan"la anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qolkiperlə 1 illik müqavilə imzalanıb. İlnur son olaraq "Rubin-2" və Tatarıstan çempionatında iştirak edən "Sokol" klubunun forması geyinmişdi. 

Xəbər xətti