Millimizin hücumçusu Türkiyə klubu ilə anlaşdı

10:55 - 5 Avqust 2024

Azərbaycan milli komandasının hücumçusu karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qrasshopper"ə məxsus olan 25 yaşlı forvardın "Ankaragücü"yə keçəcəyi gözlənilir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

I Liqada mübarizə aparan paytaxt təmsilçisinin azərbaycanlı futbolçu ilə anlaşma əldə etdiyi bildirilir.

Qeyd edək ki, Renat Dadaşov ötən mövsüm icarə əsasında "Hatayspor"da çıxış edib. O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 6 qol vurub.

Xəbər xətti